“Neftçi”nin prezidenti Kamran Quliyev “Errea” idman malları şirkəti ilə sponsorluq müqaviləsi zamanı jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri komandanın çıxışını dəyərləndirib. Quliyev yeni mövsümdən daha iddialı komanda formalaşdıracaqlarını açıqlayıb:
“Bizim çox yaxşı Müşahidə Şuramız var. Rəhbərlik də istəyirik ki, komanda yaxşı nəticə göstərsin. Çünki biz həmişə ambissiyalı klub olmuşuq. Azarkeşlər narazılıqlarında haqlıdırlar. Ancaq onu deyim ki, yeni mövsümdən tamam fərqli “Neftçi” görəcəklər. Bunun üçün xeyli çalışmalarımız da var”.

