08 İyul 2026
Dünya futbolu

“O, doğru addım atarsa, Messi “Barselona”ya qayıda bilər”

Argentinalı futbolçus Serxio Aquero yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın sabiq oyunçusu Lionel Messinin yenidən Kataloniya təmsilçisinə qayıtma ehtimalından danaışıb. O, bunun mümkün ola biləcəyini bildirib:

“Mənim fikrim budur ki, Messinin “Barsa”ya qayıtmaq şansı 50 faizdir. Leo karyerasını orada bitirməlidir, çünki Barselona şəhəri onun evidir.

Prezident Laporta Leonu geri qaytarmaq üçün əlindən gələni etsin. O, doğru addım atarsa, Messi “Barselona”ya qayıda bilər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43