Kateqoriyasız

“O epizodda “Qarabağ”ın lehinə penalti vermək yanlış olardı” – Türkiyəli FİFA referisi

“Ümumiyyətlə, oyun ərzində hər hansı bir epizodu dəyərləndirmək üçün qarşılaşmanı tam izləmək vacibdir. Çünki hakimin matçı necə idarə etdiyi çox önəmlidir. Ola bilər ki, o, müəyyən qədər sərtliyə icazə verir”.

Bu sözləri İdmanxeber.az saytına türkiyəli sabiq hakim Dəniz Atəş Bitnel “Frayburq” – “Qarabağ” matçındakı hakim performansını dəyərləndirərkən deyib.

Sabiq FİFA referisi görüşün sonlarında Ağdam klubunun lehinə verilməli penalti epizoduna da münasibət bildirib:

“Burada doğru qərar oyunun davam etdirilməsidir. Hakim penalti təyin etməyərək düzgün qərar verib. Çünki rəqibin ilk müdaxiləsi Zubirin çiyninədir. Əgər birbaşa ayağa, dizə zərbə olmursa, penalti təyin etmək yanlışdır”.

40 yaşlı sabiq ədalət təmsilçisi qarşılaşmanın əvvəlində “Frayburq”un qazandığı penaltiyə də şərh verib. O, qərarın doğru olduğunu bildirib:

“Müdafiəçinin dirsəyi birbaşa rəqibin üzünə dəyir. Qaydalara görə penalti təyin edilməlidir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43