“Marsel”in oyunçusu Pyer-Emerik Obameyanq Avropa Liqasının pley-off mərhələsinin “Şaxtyor”la cavab oyununda (3:1) komandasının ilk qolunu vurub.
İdmanxeber.az-ın məlumatına görə, qabonlu forvard üçün bu qol karyerasında Avropa Liqasında 31-ci qol olub. Bu göstəriciyə görə o, Henrik Larssona çatıb. O, 1 qol vuracağı təqdirdə Avropa Liqası tarixinin ən çox qol vuran oyunçusu olacaq.
34 yaşlı hücumçu bu qolları 4 komandanın heyətində vurub: “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”

