Kateqoriyasız

Oğrular Obameyanqın çənəsini sındırdı

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq xəsarət alıb.

İdmanxeber.az-ın məlumatına görə, qabonlu oyunçunun evini girən oğrular onun çənəsini sındırıb. Futbolçunun sağalma müddəti əməliyyata razı olmasından asılıdır. İspaniya mətbuatı hücumçunun təxminən bir ay meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, Obameyanq La Liqanın III turunda “Valyadolid”ə qarşı görüşdə ehtiyatda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43