Kateqoriyasız

Ölkə futbolunda transfer dövrlərinin tarixləri məlum oldu

Azərbaycan futbolunda 2022/2023 mövsümünün transfer dövrlərinin tarixləri məlum olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iyunun 10-da açılacaq yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.

Qış transfer dövrü isə 2023-cü il yanvarın 10-dan fevralın 9-dək olan tarixləri əhatə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43