06 İyul 2026
İdman

“Ölkə kubokunu qazanacağımızı bilirdik” – “Gəncə”nin oyunçusu

“Təşkilatçılıq çox yaxşı idi. Hər şey ötən illərlə müqayisə olunmaz səviyyədə təşkil edilmişdi. Final oyunu çox çətin keçdi. 45 dədiqə dayanmadan mübarizə apardıq. Əvvəlcədən də qalib olacağımıza inanırdıq”

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə “Gəncə” komandasının oyunçusu Əkbər Məmmədov Azərbaycan Kubokunun finalında NTD üzərində qələbədən danışarkən deyib. O, daha sonra belə davam edib:

“Yerli oyunçularımız yaxşı səviyyədədir. Arxayınçılıq olmasa da, kuboku qazanacağımızı bilirdik. Ən çətin matçı NTD-yə qarşı keçirdik. Bunu belə də gözləyirdik. Digər rəqiblərlə oyun daha asan keçdi”.

Məmmədovun bu uğurun davamını çempionat görüşlərində də gətirmək istədiklərini bildirib:

“Çempinot oyunları yenə də çətin keçəcək. Kubokdan öncə liqada qələbə seriyamız var idi. İndi artıq ölkə kubokunu da qazanmışıq. Bu motivasiya ilə çalışacağıq ki, daha da yaxşı çıxış edək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43