“Real” klubu baş məşqçi Karlo Ançelotti ilə bağlı qərarını verib.
İdmanxeber.az nüfuzlu “Marca”ya istinadən xəbər verir ki, rəhbərlik italiyalı mütəxəssislə yola davam etmək niyyətindədir. Bir müddətdir mətbuatda Madrid təmsilçisinin Ançelottini göndərmək istədiyi bildirilirdi.
Ancaq rəhbərlik “Real” üçün ən ideal baş məşqçinin italiyalı olduğunu düşünür. Təcrübəli çalşdırıcı daha öncə komandadan ayrılmaq istəmədiyini açılamışdı.
“Real” Ançelotinin rəhbərliyi ilə ötən il La liqa və Çempionlar Liqasını qazanıb.

