06 İyul 2026
Dünya futbolu

“Real” Ançelotti ilə vidalaşsa, onu gətirəcək”

“Real”ın sabiq futbolçusu Antonio Kassano xarici mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı sabiq futbolçu Madrid klubuna baş məşqçi məsləhəti görüb. O, Karlo Ançelottinin mümkün ayrılma ehtimalının ardından həmyerlisi Lusiano Spalettini namizəd göstərib:

“Onun “Napoli”də daha çox şey edə biləcəyini düşünmürəm. Başqa bir kluba mümkün keçiddən danışsaq, Spalettinin futbola baxışını reallaşdıra biləcək yalnız bir komanda var – “Real”. Madrid klubu Ançelotti ilə vidalaşsa, onu gətirəcəyinə mərc edərəm.

Spaletti İtaliyada “Yuventus”a getməyəcək. A Seriyasında siz onu ancaq “Milan”da və ya “Fiorentina”da görə bilərsiniz”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43