Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Omoniya” klubunun ölkəmizə gəliş planı bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, Kipr təmsilçisi çarter reysi ilə birbaşa Qəbələyə gələcək. Görüşün ardından isə komanda dərhal Kiprə qayıdacaq.
“Omoniya” azarkeşlərinin Qəbələyə gəlib-gəlməyəcəyi barədə isə təmsilçimizə heç bir məlumat verilməyib. Rəqibin Qəbələ şəhər stadionunda dəstəksiz qalacağı ehtimal edilir.
“Qəbələ” – “Omoniya” matçı iyulun 27-də, saat 20:00-da başlayacaq. Tərəflər arasındakı cavab oyunu isə avqustun 3-də baş tutacaq.

