14 İyul 2026
Ölkə futbolu

Öncə razılaşdılar, 5 dəqiqə sonra məlum oldu ki…

Bu gün “Kəpəz”lə “Karvan” arasında baş tutmalı olan yoxlama görüşü keçirilməli idi. Gəncə klubu bununla bağlı dünən soisal şəbəkə hesabından paylaşım etmişdi.

Ancaq paylaşımdan 5 dəqiqə sonra həmin post silinib.

Buna səbəb “Karvan”ın oyundan imtina etməsi olub. Yevlax təmsilçisi yetərli sayda oyunçu tapa bilmədiyi üçün görüşə çıxa bilmir.

Bu səbəbdən də bu gün Mingəçevirdə baş tutmalı olan “Karvan” – “Kəpəz” matçı oynanmayacaq.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43