20 İyul 2026
Dünya futbolu

“Arsenal” “Valensiya” ilə anlaşdı

“Arsenal” və “Valensiya” müdafiəçi Kristian Moskeranın transferi üçün razılıq əldə olunub.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 21 yaşlı ispan üçün 15 milyon avro ödəyəcək. “Valensiya” da 5 milyon avroya qədər bonuslar ala bilər. Tibbi müayinə çərşənbə günü, iyulun 16-na təyin edilib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə Moskera bütün yarışlarda 41 matçda iştirak edib və 1 qol vurub. Onun 6 sarı vərəqəsi də var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43