08 İyul 2026
Ölkə futbolu

Öncə “Sabah, sonra “Sele”

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Sele” matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunun  mətbuat konfransı iyulun 8-də, saat 18:00-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 19:00-da başlayacaq.

Rəqib komandanın mətbuat konfransı iyulun 9-da, saat 18:30-da keçiriləcək. Ardınca isə saat 19:00-da ilk 15 dəqiqəsi media üçün açıq olan məşq baş tutacaq.

Həm mətbuat konfransları, həm də məşqlər “Bank Respublika Arena”da təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43