Kateqoriyasız

“Onlar bizdən o qədər də üstün deyil” – Şahruddin Məhəmmədəliyev

Millətlər Liqasında IV turun Azərbaycan – Belarus matçından öncə keçirilən mətbuat konfransında yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev fikirlərini bildirib.

İdmanxeber.əz xəbər verir ki, qolkiper sabahkı matçla bağlı bunları deyib:

“Çox istəyirik ki, sabah qalib gələk. Bizim üçün vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq. Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələlik alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qələbə qazansa, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43