07 İyul 2026
Ölkə futbolu

Onlar da Qəbələyə getdi

Növbəti mövsüm Premyer Liqa üçün hazırlıqlarını davam etdirən “İmişli” məşqlərin ikinci mərhələsinə start verir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bu gün Qəbələyə yola düşüb. Komanda bir həftə müddətində məşqlərini orada davam etdirəcək. “İmişli”nin Qəbələdə yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.

Xatırladaq ki, əyalət klubu mövsümün hazırlıqlarına Mərdəkanda “Dalğa Arena”da start vermişdi.

Qeyd edək ki, “Şamaxı”, “Sumqayıt” və “Qəbələ” klubları da yay toplanışını Qəbələdə davam etdirir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43