Ölkə futbolu

“Onun əsas komandaya aidiyyatı yoxdu” – Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasında XVI turun “Keşlə” – “Səbail” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib…

– İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu. Matçın əvvəlindən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu. İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün bəxt bizim tərəfimizdə deyildi. Hələ görüləsi çox işimiz var. Kristavao tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm.

– Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız. Bu məğlubiyyətin komandaya mənfi təsiri ola bilərmi?
– Futbolda məğlubiyyət də var. İlk turda udmuşduq, o demək deyil ki, bütün matçlarda qələbə qazanacağıq. Görünür, belə qismət idi.

– “Keşlə”nin sanki “Səbail”lə oyunu alınmır…
– Bütün dünya futbolunda belə proseslər yaşanır. Arzuolunmaz komandalar olur.

– Qeydə alınmayan qol epizoduna baxmısız?
– Xeyr, baxmamışam. Bundan sonra baxmağın nə xeyri? Əlinə dəyibsə, heç nə.

– Murad Ağayevin transferinə niyə razılıq verdiz?
– Murad əvəzedici heyətə çağırılıb. Onun əsas komandaya aidiyyatı yoxdu. Düzdü, bizimlə məşq edir. Amma oynayacaqsa, əvəzedicilərdə oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43