09 İyun 2026
Dünya futbolu

Oriol Romeu “Barselona”dan ayrıla bilər

“Barselona” yarımmüdafiəçi Oriol Romeu ilə yolları ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu baş məşqçi Hans-Diter Flikin planlarında yer almır və transfer siyahısına salınıb. Klub və oyunçu müqavilənin qarşılıqlı ləğvi üçün danışıqlar aparır.

Romeu yeni komanda taparsa, “Barselona”nı sərbəst agent kimi tərk edəcək. Ona “Jirona” və “Ovyedo” maraq göstərir.

Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43