09 İyul 2026
Dünya futbolu

Özbəkistanlı futbolçu Portuqaliya klubuna keçir

Daha bir özbəkistanlı futbolçu karyerasını Avropada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Moskva ÇSKA-sında çıxış edən Abbosbek Fayzullaev “Benfika”nın maraq dairəsindədir. Tərəflər arasında razılığın əldə olunduğu bildirilir.

21 yaşlı oyunçunun Lissabon klubuna yayda qoşulacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43