İdman

“Ozobiç, Cavid və Rahil transfer siyahımızdadı” – Qurban Qurbanov

Millətlər  Liqasına hazırlıq çərçivəsində keçirilən Azərbaycan
– Qırğızıstan yoldaşlıq matçı sonrası 
millimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin
suallarını cavablandırıb.

İdmanxeber.com-un
məlumatına görə, təcrübəli  çalışdırıcı
oyunla bağlı bunları deyib:

– İlk
qələbəmiz idi. Məşqlərdə reallaşdırmağa çalışdığımız hücumlara şahidlik etdim.
Baxmayaraq ki, ilk hissədə bu bizdə alınmırdı. Futbolçularımın düşüncələrindən
razı qaldım.

– İki fərqli
hissə izləməyimizin səbəbi nə idi?

– Futbolda
belə bir psixologiya var, qalib gələn komanda bir qədər ehtiyat edir. Uşaqlarda
ilk hissədə həyəcan hiss olunurdu. Onlar mənim rəhbərliyim altında ilk qələbəni
qazanmaq istəyirdilər. Meydançaya çıxan futbolçular özlərini yaxşı tərəfdən
göstərdilər. Ümumi götürsək, ikinci hissədə daha çox tapşırıqları yerinə
yetirdilər.

– Qarşıdakı
iki yoxlama matçında yəqin ki, heyətdə dəyişikliklər olacaq.  Bəs komandamız yenə hücum futbolu nümayiş
etdirəcək?

– Biz
komandamızı nəticə verməsi üçün hazırlayırıq. Bunun üçün ön xətdə sərrast oyun
nümayişe tdirməyə çalışırıq. Lakin bəzən rəqib buna imkan vermir. Lakin mən dəfələrlə
demişəm ki, hücuma çıxanda da müdafiəni unutmamalıyıq.

– Komandamız
sizin istədiyiniz futbolu sərgiləyir?

– Xeyr,
həddindəna rtıq çox çalışmalıdırlar. İlk hissədə yaxşı hücumlarımız oldu, lakin
sonluğu gəlmədi. Sevinirəm ki, standart vəziyyətdən iki qol vurduq. Belə vəziyyətlər
bizə millətlər liqasında lazım olacaq. Bununla belə, çatışmayan cəhətlərimiz
var.

 – Yığmamızda uzunboy hücumçu çatışmazlığı var.
Alternativ variant olaraq düşündüyünüz futbolçular var?

Bəli,
alternativ futbolçular düşünürük. Hər mövqeyə sürətli və ustalıq səviyyəsi yüksək
olan oyunçular axtarırıq.

 – Filip Ozobiç, Cavid İmamverdiyev və Rahil Məmmədovun
“Qarabağ”a keçəcəyi deyilir…

Onların
adı transfer siyahımızda yer alıb. Ancaq dəqiq nəsə yoxdu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43