“Oyun çox çətin keçdi. Çox yaxşı hazırlaşsaq da, bəzi sürprizlərlə qarşılaşdıq. Qəribə matç idi. İki komanda da qələbə qazana bilərdi. Hesabda iki dəfə geri düşsək də, oyundan qopmadıq. “Konyaspor”a gəldiyimdən bəri ən aktiv olmadığım görüş oldu. Çətin idi mənim üçün. Ümid edirəm ki, belə sonuncu matçımı keçirərəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Konyaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli “Kayserispor” oyunu (2:2) ilə bağlı danışarkən deyib.
Türkiyə təmsilçisi ilə müqaviləsi mövsüm sonu başa çatacaq oyunçu klubdakı gələcəyi ilə bağlı da danışıb:
“Müqavilə ilə “Dinamo”nun oyunçusuyam. Mövsüm sonu Konya klubu ilə sözləşməm başa çatır, bu barədə hələ heç bir danışıq olmayıb. Buna görə dəqiq bir şey deyə bilməyəcəm.
Ancaq özümü “Konyaspor”da çox rahat hiss edirəm. Uyğunlaşma, adaptasiya problemi yaşamıram. Burada mənim üçün hər şey çox gözəldi”.

