Dünya futbolu

“Panatinaikos”dan qələbə – VİDEO

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Yunanıstan təmsilçisi Hollandiyanın “AZ Alkmaar”  klubu ilə qarşılaşıb. “Qəbələ”nin rəqibi 2:1 hesabı ilə qalib gəlib.

“Panatinaikos” – “AZ Alkmaar” – 2:1

Qollar: Omri Altman, 45 (1:0), Gilyermo Molins, 58 (2:0), Stenqs, 63 (2:1)

Qeyd edək ki, “Qəbələ” “Panatinaikos”la ilk matç iyulun 27-də Afinada, cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43