08 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu daha bir transferi bitirdi 

Növbəti mövsüm Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu “Qəbələ”nin müdafiəçisi Urfan İsmayılovla anlaşıb. Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.

29 yaşlı müdafiəçi növbəti mövsüm “Şəfa”da forma geyinəcək.

İsmayılov karyerası ərzində “Qəbələ”, “Səbail”, “Zirə” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43