Kateqoriyasız

Paytaxt klubunun stadionunun süni örtüyü dəyişdirilir

“ASCO Arena”da süni ot örtüyünün yenisi ilə dəyişdirilməsi işlərinə start verilib.

İdmanxeber.az xəbər verir ki, “Səbail” komandasının ev oyunlarını keçirdiyi arena yeni mövsümün startınadək hazır olacaq.

Bu barədə məlumatı AFFA-nın saytı yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43