Ölkə futbolu

PFL-də prezident seçkisi keçiriləcək

Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, mərasim 5 iyul saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, hazırda bu posta Ramin Musayev rəhbərlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43