”Bavariya” “Portu”nun oyunçusu Alan Varelanı heyətinə qatmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, Münhen klubu oyunçunu yaxından izləyir, ancaq transfer etmək üçün tələsməyəcək.
Varelanın “Portu” ilə 2028-ci ilin yayına qədər müqaviləsi var. 22 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 2 qol vurub və 3 assist edib.