“Sportinq” “Arsenal”ın Usman Diomande üçün etdiyi 35 milyon avroluq təklifi qəbul etməyib.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edəcək. “Topçular”ın baş məşqçisi Mikel Arteta 19 yaşlı mərkəz müdafiəçisinin oyununu çox bəyənir.
Diomande bu mövsüm Lissabon klubunun heyətində 6 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

