Kateqoriyasız

Portuqaliya klubu Renat Dadaşovdan razıdı

Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan millimizin futbolçusu Renat Dadaşov çıxış etdiyi Portuqaliyanın “Pasuş de Fereyra” komandasının baş məşqçisi Felipe Andre Roşanın etimadını qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis Premyer Liqanın 3-cü turunda “Boavişta” ilə səfər matçında (1:1) 79 dəqiqə oynayan 20 yaşlı hücumçudan razılığını dilə gətirib:

“Dadaşovun ilk oyunundan razıyam. Bütün komandada olduğu kimi, onda da hər şey alınmırdı. Ancaq komandamızın vacib oyunçusu olmaq üçün bütün keyfiyyətlərə sahibdir. Renat tamamilə bizim konsepsiyamıza uyğun gəlir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43