17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ilk matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Təbriz Həsənovun başçılıq etdiyi komandamız ilk oyununda Portuqaliya ilə qarşılaşıb..
Bakı Olimpiya Stadionunda keçirilən matçda portuqaliyalılar qələbə qazanıb-0:5
Qeyd edək ki, millimiz turnirdə ikinci oyununu Belçikaya qarşı keçirəcək. Mayın 8-də baş tutacaq matç saat 19:00-da başlayacaq.
5 may
Avropa çempionatı
A qrupu
20:00. Azərbaycan – Portuqaliya 0:5
Qollar: Joze Qomes, 4 (0:1), 16 (0:2), Elçin Əsədov, 24-avtoqol (0:3), Migel Luis, 44 (0:4), Qedson Fernandes, 76 (0:5)Bakı Olimpiya Stadionu