Dünya futbolu

Premyer Liqa çempionu bəlli oldu

“Zenit” ardıcıl 5-ci dəfə Rusiya çempionu olub.

İdmanxeber.az-ın məlumatına görə, Sankt-Peterburq klubu Premyer Liqanın 26-cı turunda evdə “Spartak”ı məğlub edib (3:2) və vaxtından əvvəl titulunu rəsmiləşdirib.

Komanda bununla da Sergey Semakın rəhbərliyi ilə ardıcıl beşinci çempionluğunu qazanıb. “Zenit”in ardından ikinci ÇSKA-nın 51, “Rostov”un 50, “Spartak”ın isə 49 xalı var.

Rusiya Premyer Liqasında ardıcıl ən uzun çempionluq seriyası “Spartak”a məxsusdur. Moskva klubu 1996-2001-ci illərdə üs-üstə 6 dəfə çempionatın qalibi olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43