27 İyul 2026
Dünya futbolu

Premyer Liqa nəhəngi Arda üçün təklif hazırlayır 

“Arsenal” “Real”ın futbolçusu Arda Gülərlə maraqlanır.

İdmanxeber.az xəbər verir ki, London klubu 20 yaşlı türk yarımmüdafiəçini diqqətdə saxlayır və yaxın günlərdə onun üçün satınalma şərti ilə icarə təklifi irəli sürə bilər.

“Real” isə hələlik futbolçunun gələcəyi ilə bağlı yekun qərar verməyib.

Qeyd edək ki, Arda Gülər bu mövsüm bütün turnirlərdə 26 oyunda 3 qol və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43