Misli Premyer Liqasının VI turunun oyunlarında azarkeş sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Qubada keçirilən “İmişli” – “Zirə” görüşünə azarkeşlər maraq göstərməyib. Oyunu tribunalardan cəmi 200 nəfər izləyib.
Turun ən çox tamaşaçısı isə “Şamaxı” – “Araz Naxçıvan” və “Neftçi” – “Karvan Yevlax” matçında qeydə alınıb. Hər iki görüşdə stadionda 1200 azarkeş müşahidə edilib.
Digər matçlarda qeydə alınan tamaşaçı sayı belədir:
Qarabağ – Qəbələ – 860
Turan Tovuz – Kəpəz – 700
Sabah – Sumqayıt – 711

