01 İyul 2026
Dünya futbolu

PSJ-də nə baş verir? – Neymar və Verratti məşqə çıxmadı

PSJ-nin hücumçusu və yarımmüdafiəçisi Neymarla Marko Verratti avqustun 8-də komandanın məşqində iştirak etməyiblər.

İdmanxeber.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı ulduz əzələsini dartdığı üçün məşqlərə çıxmayıb. Verrattinin isə hazırlıqlara niyə qatılmadığı bəlli deyil

Daha əvvəl hər iki futbolçunun  komandanı tərk edə biləcəyi iddia edilirdi. Verratti ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə maraqlanırsa, Neymar karyerasını “Barselona”da davam etdirmək niyyətindədir

Fransa çempionatının yeni mövsümünün 1-ci turunda PSJ “Loryen”lə qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43