Dünya futbolu

PSJ-dən Arsen Vengerə təklif

Arsen Vengerə PSJ-də yeni vəzifə veriləcək.

Ötən mövsüm “Arsenal”dan ayrılan fransız baş məşqçi Arsen Venger karyerasını PSJ-də davam etdirə bilər. Fransa mətbuatının yaydığı xəbərə görə, Paris təmsilçisi təcrübəli mütəxəssisə klubda idman direktorluğu vəzifəsini təklif edib. A.Vengerin bu təklifə müsbət yanaşdığı və tərəflərin yaxın günlərdə razılığa gələcəyi bildirilib. Xəbərdə PSJ rəhbərliyinin Arsen Vengerin vəzifəyə gətirlməsi təqdirdə 19 yaşlı gənc oyunçu Mbappenin də gələcək karyerasına müsbət təsir edəcəyini düşündüyünü qeyd edilib.

Qeyd edək ki,  son vaxtlar Arsen Vengerin  karyerasını Çin Liqasında davam etdirəcəyi barədə xəbərlər  çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43