Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni 400 milyon avroya satmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə klub 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. İddiaya görə, forvard klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna səbəb tərəflər arasında münasibətlərin tamamilə korlanmasıdır.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm PSJ-nin heyətində 13 oyuna çıxıb və 12 qol vurub. Onun müqaviləsi 2025-ci ildə başa çatmalıdır.