PSJ-nin müdafiəçisi El Şadai Bitşiabu karyerasını “Leypsiq”də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı fransızla 2028-ci ilə qədər müqavilə imzalanıb. O, “Leypsiq”də 5 nömrəli forma ilə mübarizə aparacaq.
Bitşiabu PSJ-nin yetirməsidir. O, Paris klubunun əsas komandasında 19 oyun keçirib.
Portal Transfermarkt müdafiəçini 7 milyon avro qiymətləndirir.

