PSJ-nin yeni baş məşqçisi yaxın günlərdə rəsmən açıqlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, Kristof Qaltyeni göndərən Paris klubu boş qalan baş məşqçi postuna Luis Enrikeni gətirir.
Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. PSJ “Barselona”nın sabiq baş məşqçisini yaxın günlərdə futbol ictimaiyyətinə təqdim edəcək.

