09 İyul 2026
Ölkə futbolu

“Qəbələ” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

“Qəbələ” klubunun 2023/2024 mövsümünə hazırlıq planı müəyyənləşib

İdmanxeber.az-ın məlumata görə, komanda iyunun 24-də Qəbələdə bir araya gələcək. İyulun 8-dək davam edəcək təlim-məşq toplanışının ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Bölgə klubu Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

“Qəbələ”nin Türkiyəki hazırlıq prosesinin müddəti UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək.

“Qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkədə yekunlaşdıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43