Ölkə futbolu

Qəbələdə altı qol, “Zirə” uduzdu- YENİLƏNİB

Misli Premyer Liqasında XXXII tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub. Azərbaycan Kubokunda finala yüksələn “Qəbələ” yarımfinalda üstələdiyi “Səbail”i bu dəfə çempionat görüşündə sınağa çəkib.

Matç ev sahibi komandanın qələbəsi ilə başa çatıb – 4:2.

Bu nəticənin ardından “Qəbələ” 48 xala 4-cü pillədəki yerini möhkəmləndirib. “Səbail” isə 22 xalla sonuncu yerdədir.

Günün digər matçında “Zirə” “Turan Tovuz”u qəbul edib. Rəşad Sadıqovun yetirmələri görüşdən 1:3 hesabı ilə məğlub ayrılaraq 4-cü pillədəki “Qəbələ”dən 6 xal uzaqlaşıb. Tovuz təmsilşisi isə xallarının sayını 32-yə çatdıraraq 6-cı pillədə yer alır.

Qeyd edək ki, turun ilk günündə “Sumqayıt” “Kəpəz”i səfərdə, “Sabah” “Şamaxı”nı evdə 1:0 hesabı ilə məğlub edib. Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa

XXXII tur

1 may (bazar ertəsi)

17:30. “Qəbələ” – “Səbail” 4:2

Qollar: Ramon Maçado, 21 (1:0) 90+4, Petro Stasyuk, 37-avtoqol (2:0), Əyyub Allaş, 49 (3:0), Ruslan Hacıyev, 69 (3:1), Mirabdulla Abbasov, 84 (3:2)
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu

20:00. “Zirə” – “Turan Tovuz” 1:3

Qollar: Şəhriyar Əliyev, 3 (0:1), Natan Oduva, 57 (0:2), Roderik Miller, 60 (0:3), Loris Broqno, 86

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43