Ölkə futbolu

“Qəbələ” “Sumqayıt” oyununun hazırlıqlarına başladı

“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turunun hazırlığına start verib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 8-ci turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Bu gün paytaxtda toplaşan komanda “Sumqayıt”la görüşün hazırlığına başlayıb. “Qəbələ”nin bugünkü məşq prosesi “Bakı”nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43