Ölkə futbolu

“Qəbələ” “Zirə” ilə oynayacaq

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” daha bir yoxlama oyunu keçirəcək .

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda  “Zirə” ilə qarşılaşacaq. Qəsəbə təmsilçisi ilə matç sentyabrın 8-də keçiriləcək. Bu oyunun keçiriləcəyi arena yaxın günlərdə dəqiqləşəcək.

Xatırladaq ki, “Qəbələ”nin hazırlıqlarında milli komandalara çağırılan futbolçular iştirak etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43