16 İyul 2026
Ölkə futbolu

Qəbələdə ara qarışdı, iki “qırmızı” verildi

Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” “Qarabağ”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ilk hissəsinin sonlarında insident yaşanıb. Belə ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilel Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb. 

Bunun ardından baş hakim meydana daxil olduğuna görə “Qəbələ”nin köməkçi məşqçisi Rasim Ramaldanova birbaşa qırmızı vərəqə verib. Daha sonra ədalət təmsilçisi Medinanı meydandan qovub.

Etirazçılar arasında qoşulan Qurban Qurbanov da “sarı” görüb.

İlk hissəsi davam edən görüşdə “Qarabağ” 2:0 hesabı ilə öndədir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43