07 İyul 2026
Ölkə futbolu Premyer Liqa

Qərb derbisi: Hər iki tərəfdə ciddi itki

Misli Premyer Liqasının III turunun açılış matçında “Kəpəz” “Turan Tovuz”u qəbul edir.

İdmanxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ilk hissəsi oynanılan qarşılaşmada hər iki tərəf ciddi itki ilə üzləşib. Meydan sahiblərində Mate Kvirkiviya zədələnərək meydanı tərk edib.

Tovuz təmsilçisinin heyətində isə Sərtan Taşkın ikili mübarizədə yerdə qalıb və oyunu davam etdirə bilməyib. Ayxan Abbasov oyun Faiq Hüseynovla əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43