Misli Premyer Liqasının III turunda “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
İdmanxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaq komanda Qərb derbisində dəstəksiz qalmayacaq. Tovuz klubunu qarşılaşmada 200-ə yaxın azarkeş qələbəyə səsləyəcək. Tərəfdarlar Bakıdan və Tovuz rayonundan görüşü izləmək üçün Gəncəyə yola düşüblər.
Xatırladaq ki, “Kəpəz” – “Turan Tovuz” matçı saat 17:00-da start götürəcək.


