“Qalatasaray” heyətini gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Nikol Zaniolodan sonra daha bir italiyalı futbolçu ilə maraqlanır.
“Sarı-qırmızılar” “İnter”in üzvü Roberto Qagliardinini transfer etmək istəyir.
İtaliya millisinin oyunçusu Milan klubunda yetərincə forma şansı almır. Onun mövsüm sonu komandadan ayrılması gözlənilir.
Qagliardini ilə Premyer Liqa təmsilçisi “Lester”in də maraqladığı bildirilir.

