İngiltərədə Ukraynaya dəstək oyunu keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqada çıxış edən ukraynalı futbolçularla “Ulduzlar” komandası arasında matç keçiriləcək.
Qarşılaşmanın “Çelsi”nin stadionunda keçirlməsi planlaşdırılır. Görüşdə “Zadəganlar”dan Mixaylo Mudrik, “Arsenal”dan Aleksandr Zinçenko, “Everton”dan Vitali Mikolenko və “Bornmut”dan İlya Zabarnı kimi futbolçular iştirak edəcəklər.
Oyundan əldə edilən gəlir Ukraynda baş verən müharibədən İngiltərəyə qaçmağa məcbur qalan məcburi köçkünlərə sərf ediləcək.
Qarşılaşmanın avqustda baş tutacağı gözlənilir.

