07 İyul 2026
Dünya futbolu

“Qalatasaray” Musleranın yerinə onu gətirir

“Qalatasaray” Fernando Musleranın əvəzinə türkiyəli qapıçı transfer edir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul nəhəngi “Eyüpspor”da çıxış edən Berke Özeri heyətinə qatmaq niyyətindədir.

“Qalatasaray” qolkiper üçün onun klubu ilə danışıqlara başlayacaq.

 Berke Özer bu mövsüm Super Liqada “Eyüpspor”un heyətində meydana çıxdığı 29 oyunda 30 qol buraxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43