08 İyun 2026
Dünya futbolu

“Qalatasaray” portuqaliyalı futbolçunu transfer edir

Portuqaliyalı futbolçu Joao Feliş Türkiyə Super Liqasında oynaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Milan”da çıxış edən oyunçunun xidmətində “Qalatasaray” maraqlıdır. 25 yaşlı futbolçunun agenti İstanbul klubuna müsbət cavab verib.

Joao Felişin müqavilə ilə “Çelsi”yə məxsusdur. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43