13 İyun 2026
Dünya futbolu

“Barselona” futbolçusuna 120 milyon qiymət qoydu

“Barselona”nın yarımmüdafiəçisi Rafinyaya qiymət qoyub.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 28 yaşlı futbolçuya 120 milyon avro qiymət qoyub. Futbolçu İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsindədi.

Braziliyalı vinger İspaniya çempionatının cari mövsümündə 27 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43