14 İyul 2026
Kateqoriyasız

“Qalatasaray”dan rəsmi açıqlama: “Qarabağ”la oyun baş tutacaq?

Dünən Azərbaycan mətbuatında “Qarabağ” və “Qalatasaray” klubları arasında yoldaşlıq görüşü keçiriləcəyi ilə bağlı məlumat yayımlanmışdı.

İdmanxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, iki klubun martın 29-da Bakıda üz-üzə gələcəyi deyilirdi.

“Qalatasaray” klubunun mətbuat xidmətinin rəhbəri Alper Mert “Qafqazinfo”ya açıqlamasında bunları deyib: “Bəli, belə bir matç nəzərdə tutulub. Hazırda danışıqlar gedir. Oyunun olma ehtimalı yüksəkdir. Fikrimcə, bu qarşılaşma Bakıda baş tutacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43