01 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın sabiq hücumçusu “Beşiktaş”a keçə bilər

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Sedrik Bakambu ilə danışıq aparır. Ötən mövsümü “Qalatasaray”da keçirən 33 yaşlı forvardın agenti hazırda Türkiyədədir.

İspaniyanın “Betis” komandasının üzvü olan konqolu klubdan ayrılmaq istəyir. 

Bakambu karyerası ərzində “Soşo”, “Bursaspor”, “Vilyarreal”, “Bejinq Qoan”, “Marsel”, “Olimpiakos”, “Əl-Nəsr”, “Qalatasaray” komandalarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43